SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Ayxan Əliyevdən “Ekolda YENİ TƏYİNAT - FOTO

Ayxan Əliyevdən “Ekol"da YENİ TƏYİNAT - FOTO

  • 23 oktyabr 2026, 09:06

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “Ekol Mühəndislik Xidmətləri” QSC-də yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Orxan Abbasov “Ekol Mühəndislik Xidmətləri” QSC-də Satınalmalar və Təchizat Zəncirinin İdarə Edilməsi (PSCM) üzrə rəhbər müavini vəzifəsinə təyin olunub.

QSC-nin Baş direktoru Ayxan Əliyev bununla bağlı əmr imzalayıb.

Orxan Abbasov bundan əvvəl Təhsil Tələbə Krediti Fondunda maliyyə rəhbəri vəzifəsində çalışıb. O, 2024-cü ilin sentyabrından 2026-cı ilin aprelinədək bu vəzifəni icra edib.

O. Abbasov 2022-ci ilin dekabrından 2024-cü ilədək həmin fondda baş mühasib, 2021-ci ilin noyabrından 2022-ci ilin dekabrınadək isə böyük mühasib vəzifələrində işləyib.

Orxan Abbasov müxtəlif illərdə “GroupOne | Paul Restaurants”, Bakı Nəqliyyat Agentliyi, “SADE”, “LV Logistics – Caspian”, “Berlin-Chemie AG” və “Bakcell” şirkətlərində də çalışıb. O, həmçinin “MOORE STEPHENS AZERBAIJAN LIMITED / Forum LLC” və “Tyco” şirkətlərində mühasib vəzifəsində fəaliyyət göstərib.

Orxan AbbasovOrxan Abbasov

Skat.az - Ev və Avtomobil elanları