Azərbaycanda faktorinq xidməti göstərən, məşhur iş adamı Qafar Dəmirçiyə məxsus “Ferrum Kapital” şirkəti daha bir müştərisinə qarşı iddia qaldırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 184 manat dəyərində nisyə aldığı malın ödənişini cədvələ uyğun etmədiyi üçün hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 faizi miqdarında dəbbə pulu ödəməsini tələb edir.
Belədə müştərisinin bu günə 113 manat əsas borcu, 17 manat da cərimə borcu yaranıb.
“Ferrum Kapital” həmşinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulmasını istəyib.
Məhkəmə iddia tələbini qismən təmin edib.
Cavabdehdən 113 manat əsas borc, 5,6 manat cərimə olmaqla, ümumilikdə 118,6 manat məbləğində pul və 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulub.
Qeyd edək ki, “Ferrum Capital” Qapalı Səhmdar Cəmiyyəti bundan əvvəl də belə iddialarla məhkəməyə müraciət edib.
Sonuncu dəfə belə bir iddia ilə Şəki Rayon Məhkəməsinə müraciət edilmişdi.