SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
“Premium Bank”ın problemli kreditləri 60%-ə yaxın artıb

“Premium Bank”ın problemli kreditləri 60%-ə yaxın artıb

  • 24 iyul 2026, 14:54

Bu il iyulun 1-nə “Premium Bank” ASC-nin 2,3 milyon manat vaxtı keçmiş krediti olub.

Bu barədə Yurd.Media-ya Bankdan bildirilib.

Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 59,5% çoxdur.

Bu göstərici Azərbaycan bankları arasında “Zıraat Bank Azərbaycan” və “Express Bank”dan sonra ən kəskin artım göstəricisidir.

Qeyd edək ki, “Premium Bank” ASC 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə “Silk Vey Bank” kimi fəaliyyət göstərib, 2018-ci ildə isə rebrendinq edərək hazırkı adını alıb.

Bankın nizamnamə kapitalı 174,6 milyon manat təşkil edir. Qanuni təmsilçi Baxşəliyev Fərhad Adil oğludur.

Səhmdar strukturuna əsasən, bankın 84,46%-i “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov, 15,22%-i “VIP Aviation Services” MMC, 0,32%-i isə Elvira Əhmədovaya məxsusdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları