SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
AZAL xaricdən ucuz pilot gətirməklə bağlı iddialara cavab verib

AZAL xaricdən ucuz pilot gətirməklə bağlı iddialara cavab verib

  • 29 iyul 2026, 19:56

Sosial şəbəkələrdə AZAL-ın pilot heyəti ilə bağlı səsləndirilən iddialar müzakirələrə səbəb olub. Aviaşirkət isə Tbilisi–Bakı reysində yaşanan gərgin anlara və xarici pilotların ucuz maaşla işə cəlb edilməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət açıqlayıb.

Yurd.Media xəbər verir ki, sosial şəbəkə istifadəçisi Emil Gəncəliyev iyulun 27-də həyata keçirilən Tbilisi–Bakı (J28226) reysi zamanı enişin sərnişinlər arasında ciddi narahatlıq yaratdığını iddia edib.

Onun sözlərinə görə, təyyarə eniş edərkən sərnişinlər arasında təşviş yaşanıb və bunun səbəbi turbulensiya deyil, pilotun qeyri-peşəkar idarəetməsi olub. İstifadəçi həmçinin AZAL-ı xaricdən aşağı maaşla pilot cəlb etməkdə ittiham edib:

“AZAL – Azerbaijan Airlines xəbəriniz olsun – xaricdən ucuz maaşa pilot gətirməklə bir gün xoşagəlməz bir hadisə olacaq (Allah göstərməsin)", - o qeyd edib.

Məsələ ilə bağlı Azərbaycan Hava Yolları (AZAL) buna cavab olaraq bildirib ki, sərnişinlərin və ekipajın təhlükəsizliyi hər zaman ən yüksək prioritetdir və bütün uçuş qərarları beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun qəbul edilir.

AZAL-ın açıqlamasına görə, sözügedən reysin eniş mərhələsində təxminən 4000–2000 fut (1200–600 metr) hündürlük intervalında küləyin istiqamətinin kəskin dəyişməsi səbəbindən turbulentlik müşahidə olunub.

Qurum vurğulayıb ki, belə meteoroloji şərait sərnişinlərdə narahatlıq yarada bilsə də, uçuş ekipaj tərəfindən müəyyən edilmiş prosedurlara uyğun idarə olunub və hava gəmisi təhlükəsiz şəkildə eniş edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları