SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Bu 3 böyük dövlət qurumu da AZCON-a həvalə edildi

Bu 3 böyük dövlət qurumu da AZCON-a həvalə edildi

  • 06 avqust 2026, 20:01

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqin (AZCON) daha 3 böyük dövlət qurumunun fəaliyyətinin tənzimlənməsi həvalə edilib.

Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Fərmanın icrası ilə əlaqədar bir sıra mühüm normativ aktlarda dəyişiklikləri təsdiqləyib.

Fərmana əsasən, "Azərkosmos"un İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həmçinin qurumun əməkhaqqı fondunun müəyyən edilməsi AZCON-la razılaşdırılacaq.

Bununla yanaşı, "Azərbaycan Hava Yolları" (AZAL) və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) QSC-lərinin ümumi yığıncağının səlahiyyətlərinin, o cümlədən Müşahidə Şuralarının fəaliyyətinin tənzimlənməsi AZCON-a həvalə edilib.

Dövlət başçısının qərarı ilə hər iki böyük cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi artıq sədr və onun 6 müavinindən ibarət 7 nəfərlik İdarə Heyəti həyata keçirəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları