Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) müvafiq istiqamətdə uçuşları təxirə salınıb.
AZAL-dan Yurd.Media-ya bildirilib ki, sərnişinlərin təhlükəsizliyi daim prioritet hesab edilir və bütün zəruri tədbirləri həyata keçirilir.
Hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək.