SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
“Bolt”da problem: Uzaqdakı sürücü sifarişi qəbul edib sərnişindən ləğv etməyini istəyir

“Bolt”da problem: Uzaqdakı sürücü sifarişi qəbul edib sərnişindən ləğv etməyini istəyir

Son günlər "Bolt" taksi tətbiqində şəhərdaxili və mərkəz əraziləridə taksi sifarişini ünvana yaxın olan sürücülər deyil, uzaq ərazilərdə olan sürücülər qəbul edir. 

Yurd.Media-nın redaksiyasına müraciət edən vətəndaşların bildirdiklərinə görə belə hallarda tətbiqdə sürücünün müştərinin ünvanına çatma vaxtının 30 dəqiqə daha çox göstərildiyi müşahidə olunur. Sifarişi qəbul edən sürücü isə qısa müddət sonra tətbiq üzərindən sərnişinlə əlaqə saxlayaraq həmin ünvana gələ bilmədiyini bildirir və sifarişin ləğv edilməsini istəyir.

Nəticədə sərnişin iki seçim qarşısında qalır: ya uzun müddət sürücünü gözləməli, ya da sürücünün xahişi ilə sifarişi özü ləğv etməlidir.

Təbii ki.ş sifarişin sərnişin tərəfindən ləğv edilməsi onun "Bolt" tətbiqindəki reytinqinə təsir göstərir. 

“Bolt” şirkətindən Yurd.Media-ya bildirilib ki, platformada sifarişlər mövcud sürücülər, sərnişinə olan məsafə, təxmini çatma müddəti və ərazidəki tələb-təklif nəzərə alınmaqla yönləndirilir:

"Yaxın ərazidə uyğun sürücü olmadıqda sifariş daha uzaqda olan sürücüyə də təklif oluna bilər. Sürücü sifarişi qəbul etməzdən əvvəl təqdim olunan məlumatları nəzərdən keçirir və qərarı özü verir".

Şirkət qeyd edib ki, sürücü sifarişi qəbul etdikdən sonra sərnişindən sifarişi ləğv etməsini tələb edə bilməz:

"Belə hallarla bağlı müraciətlər fərdi qaydada araşdırılır və qayda pozuntusu təsdiqləndiyi halda sürücü barəsində daxili qaydalara uyğun tədbirlər görülür. Sifarişin ləğvinin sərnişinin göstəricilərinə təsiri müxtəlif amillər nəzərə alınmaqla ayrıca qiymətləndirilir".

Skat.az - Ev və Avtomobil elanları