SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Maliyyə Nazirliyindən ezamiyyət QƏRARI

Maliyyə Nazirliyindən ezamiyyət QƏRARI

  • 01 oktyabr 2026, 20:34

Bundan sonra fiziki şəxs olan işəgötürənin əmri və ya qərarı ilə başqa yerə göndərilən işçi də ezam olunmuş hesab ediləcək.

Yurd.Media xəbər verir ki, Maliyyə Nazirliyinin Kollegiyası 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İşçilərin Ezamiyyə Qaydaları"nda dəyişiklik edib.

Bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbəri ilə yanaşı fiziki şəxs olan işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin müəyyən olunmuş müddətə iş yerindən başqa yerə işəgötürənin qanunauyğun tapşırığını yerinə yetirmək üçün getməsi ezamiyyət sayılacaq.

Skat.az - Ev və Avtomobil elanları