SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
SOCAR AZAL-dan borc alıb

SOCAR AZAL-dan borc alıb

  • 21 avqust 2026, 10:02

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Dövlət Neft Şirkətinə (SOCAR) 9 milyon manat borc verib.

Bu barədə Yurd.Media-ya SOCAR-dan bildirilib.

Məlumata görə, borc ötən il verilib.

Neft təsərrüfatı ilin yekununda həmçinin Dövlət Neft Fonduna (ARDNF) 2 391 milyon manat, Maliyyə Nazirliyinə 270 milyon manat, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) 169 milyon manat, “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) 74 milyon manat, “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT) 69 milyon manat, vaxtilə İqtisadiyyat Nazirliyinə məxsus olan, indi isə “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-nin tərkibində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə 65 milyon manat borclu olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları