SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
ADY fikirləşənədək, AZAL vurdu çayı keçdi

ADY fikirləşənədək, AZAL vurdu çayı keçdi

  • 30 iyul 2026, 17:02

Bu gün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Türkiyənin Qars şəhərinə ilk reysi baş tutub.

Yurd.Media xəbər verir ki, bununla da, milli aviadaşıyıcının Türkiyədə uçuşlar həyata keçirdiyi şəhərlərin sayı İstanbul, Ankara, İzmir, Antalya, Bodrum, Trabzon, Dalaman və Adanadan sonra 9-a çatıb.

Xatırladaq ki, Bakıdan Qarsa dəmir yolu reysinin açılması uzun müddətdir ki, Azərbaycan, Gürcüstan və Türkiyənin gündəmindədir. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) hətta bu məqsədlə İsveçrənin “Stadler” şirkətindən yeni qatarlar da alıb. Bununla belə, Bakıdan Qarsa qatarla getmək hələ ki, mümkün olmayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları