SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub

Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub

  • 19 oktyabr 2026, 21:31

Azərbaycan Hava Yollarında (AZAL) QSC-də yeni kadr təyinatı həyata keçirilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Orxan Məmmədli AZAL şirkətində İnformasiya təhlükəsizliyi standartları və nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

O, bu təyinata qədər həmin qurumda bir neçə mühüm vəzifədə çalışıb:

2024-cü ilin oktyabr ayından etibarən İdarəetmə, Risk və Uyğunluq Şöbəsinin müdiri vəzifəsini icra edib. Daha əvvəl İT Risklərin İdarə Edilməsi Şöbəsinin rəisi kimi fəaliyyət göstərib.  

Daha əvvəlki illərdə isə O. Məmmədli "Veysəloğlu" Şirkətlər Qrupunda şöbə müdiri vəzifəsində və "PASHA Bank" ASC-də müxtəlif vəzifələrdə işləyib.

Orxan MəmmədliOrxan Məmmədli

Skat.az - Ev və Avtomobil elanları