"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu günə planlaşdırılan Bakı–Naxçıvan reysləri təyinat aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.
AZAL-dan Yurd.Media-ya bildirilib ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.
AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir, beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.