SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Premium Banka depozit qoyanlar azalır, kreditini ödəməyənlər artır

"Premium Bank"a depozit qoyanlar azalır, kreditini ödəməyənlər artır

  • 01 may 2026, 11:54

"Premium Bank" ASC (ABB) bu ilin I rübünün yekununa görə 374,1 milyon manat depozit portfelinə malik olub. 

Yurd.Media-nın araşdırmasına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 % azdır. 

Ümumilikdə Azərbaycan bankları arasında hesabat dövründə cəmi 5 bankın depozit portfelində azalma olub ki, onların içində "Premium Bank" 3-cü göstəriciyə malikdir.

Bu il aprelin 1-nə Bankın problemli kreditlərinin həcmi isə 2,3 milyon manat olub. Məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 64,7 % çoxdur. 

Vaxtı keçmiş kreditlərin artım tempinə görə "Premium Bank" yalnız "Ziraat Bank Azərbaycan"dan (133% artım) geri qalır.

Qeyd edək ki, “Premium Bank” ASC 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə “Silk Vey Bank” kimi fəaliyyət göstərib, 2018-ci ildə isə rebrendinq edərək hazırkı adını alıb.

Bankın nizamnamə kapitalı 174,6 milyon manat təşkil edir. Qanuni təmsilçi Baxşəliyev Fərhad Adil oğludur.

Səhmdar strukturuna əsasən, bankın 84,46%-i “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov, 15,22%-i “VIP Aviation Services” MMC, 0,32%-i isə Elvira Əhmədovaya məxsusdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları