"Azərbaycan Hava Yolları" QSC (AZAL) Gəncə - Sankt-Peterburq - Gəncə marşrutu üzrə mövsümi uçuşları bərpa edib.
Şirkətdən Yurd.Media-ya bildirilib ki, Gəncədən təyyarə saat 16:20-də Sankt-Peterburqa yola düşür. Reyslər həftədə bir dəfə, şənbə günləri yerinə yetiriləcək.
Aviaşirkət xatırladıb ki, bu istiqamətdə uçuş sonuncu dəfə 2025-ci il yayın sonlarında həyata keçirilib. Onun bərpası yay turizm mövsümünün başlanması ilə əlaqədardır.