"Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmiryol Vağzalının platformaya keçid hissəsində əlavə turniketlər quraşdırılıb.
Yurd.Media xəbər verir ki, məqsəd Bakı-Sumqayıt-Bakı qatarları ilə hərəkət edən sərnişinlərin işini asanlaşdırmaqdır.
Belə ki, bu turniketlər vasitəsilə də ödəniş edib qatarlara minmək mümkün olacaq. Bunun üçün kənardan platformaya ayrıca yol nəzərdə tutulub.
Bu addımın sərnişin sıxlığının qarşısını alacağı gözlənilir.
