SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Rövşən Rüstəmovdan yeni şöbə müdirləri TƏYİNATI - FOTO

Rövşən Rüstəmovdan yeni şöbə müdirləri TƏYİNATI - FOTO

  • 07 iyul 2026, 18:37

ADY sədri Rövşən Rüstəmov yeni əmrlər imzalayıb.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də yeni təyinatlar olub.

Əmrə əsasən, Firəngiz Hüseynova ADY-nin Sərnişin Daşımaları Departamentinin Xidmət keyfiyyətinin ölçülməsi şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Digər əmrlə Mahir Kərimli Biznes analitikası və məlumatların idarə edilməsi şöbəsinə müdir təyin olunub.

Həmçinin daha bir əmrlə isə Ləman Kərimli Keyfiyyət təminatı şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, 2024-cü ildə Xidmət keyfiyyətinin ölçülməsi şöbəsində mütəxəssis vəzifəsində işə başlayan F.Hüseynova yeni təyinatdan əvvəl həmin şöbənin müdir müavini olub.

2017-ci ildən ADY-də fəaliyyət göstərən M.Kərimli isə yeni təyinatdan əvvəl Biznes analitikası və statistika şöbəsinin müdiri vəzifəsində çalışıb.

2023-cü ildən ADY-də çalışan L.Kərimli isə bu təyinatdan əvvəl həmin şöbədə keyfiyyətin təminatı üzrə baş mütəxəssis vəzifəsində işləyib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları