Bu il iyulun 1-nə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) xarici borcu 751 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Yurd.Media-ya səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 0,4% çoxdur.
Son 1 ildə qurumun xarici borcunun xarici dövlət borcunda xüsusi çəkisi isə 14,9%-dən 16,3%-ə qalxıb.