Sərnişin sıxlığının artması nəzərə alınaraq Bakı ilə Ağstafa arasında qatar səfərlərinin sayı müəyyən tarixlərdə artırılacaq.
"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Yurd.Media-ya bildirilib ki, artan sərnişin tələbatını qarşılamaq üçün 5, 6, 12 və 13 sentyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək.
Bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.