“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində (ASCO) yeni kadr təyinatı olub.
Yurd.Media "Ölkə.az"ə istinadən xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Məhəmməd Topalov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin İstismar-kommersiya departamentinin rəisi təyin edilib.
O, son təyinata qədər “Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin müşaviri postunda çalışıb.
