2025-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) iki gəmisi və Şirkətin birgə müəssisəsi olan “SA Maritime AFZECO” vasitəsilə sahib olduğu üç gəmi Rusiyaya məxsus xam neftin daşınması iddiası ilə Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın sanksiyalarına məruz qalıb.
Yurd.Media xəbər verir ki, bu barədə ASCO-nun 2024-cü il üzrə maliyyə hesabatında bildirilir.
Sənədə əsasən, rəhbərlik hüquqi araşdırmaya başlayıb və Şirkətin müvafiq sanksiyaları pozmadığını sübut etmək üçün apelyasiya müraciəti hazırlayır. Bu konsolidə edilmiş maliyyə hesabatlarının dərc edildiyi tarixə apelyasiyanın nəticəsi və vaxtı qeyri-müəyyən olaraq qalır. Sanksiyaların Qrupun gələcək əməliyyatlarına və maliyyə vəziyyətinə təsiri əhəmiyyətli ola bilər. Rəhbərlik vəziyyəti ciddi nəzarətdə saxlayır və gedişatdan asılı olaraq müvafiq tədbirlər görəcək.