“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) iki əməkdaşı vəzifələrindən ayrılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Maliyyə və mühasibatlıq şöbəsində qrup rəhbəri vəzifəsində çalışan Gülüstan Aşırova və İnsan resursları üzrə komanda rəhbəri vəzifəsində çalışan Ziya Bəkirov işdən çıxıblar.
G.Aşırova sığorta brokerliyi, risklərin idarə edilməsi, insan resursları və idarəetmə konsaltinqi sahəsində fəaliyyət göstərən ABŞ şirkəti "Marsh McLennan"ın Azərbaycandakı filialında maliyyə və mühasibatlıq üzrə rəhbər, Z.Bəkirov isə "Araz Supermarket"də Təşkilati İnkişaf və Biznes Tərəfdaşlığı Departamentinin rəhbəri təyin olunub.
Qeyd edək ki, G.Aşırova ASCO-da bu ilin martından, Z.Bəkirov isə 2014-cü ildən çalışırdı.
Gülüstan Aşırova
Ziya Bəkirov