Bu il iyulun 1-nə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 6 034 işçi olub.
Bu barədə səhmdar cəmiyyətinin yarım illik idarəetmə hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən il iyulun 1-i ilə müqayisədə 1 685 nəfər və yaxud 21,8% azdır.
Kəskin azalma dövlət şirkətinə məxsus "Bibiheybət" Gəmi Təmiri Zavodunun portfelinin "Bakı Gəmiqayırma Zavodu" MMC-yə ötürülməsi fonunda baş verib. ASCO-nun "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodu isə əvvəlki qaydada fəaliyyətini davam etdirir.