“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 23,4 milyon manat mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,85 dəfə çoxdur.
Bu il iyulun əvvəlinə ASCO-nun aktivləri ötən il iyulun əvvəlinə nisbətən 0,3% az - 1 789,7 milyon manat təşkil edib. Səhmdar cəmiyyətinin öhdəlikləri 603,9 milyon manat (18,3% çox), balans kapitalı isə 1 185,8 milyon manat (7,7% az), o cümlədən nizamnamə kapitalı 440,05 milyon manat (dəyişməyib) olub.