SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Fərid Əhmədbəyov “Yapı Kredi Bank Azərbaycan”da yeni vəzifəyə təyin olunub

Fərid Əhmədbəyov “Yapı Kredi Bank Azərbaycan”da yeni vəzifəyə təyin olunub

  • 22 noyabr 2026, 09:47

“Yapı Kredi Bank Azərbaycan”da yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Fərid Əhmədbəyov İnsan resursları üzrə əməkhaqqı və büdcələşdirmə departamentinin direktor müavini vəzifəsinə təyin olunub.

O, 2020-ci ilin noyabrından “Yapı Kredi Bank Azərbaycan”da çalışır. O, 2020-ci ilin noyabrından 2024-cü ilin noyabrınadək İnsan resursları və əməkhaqqı üzrə baş mütəxəssis, 2024-cü ilin noyabrından 2026-cı ilin oktyabrınadək isə İnsan resursları və əməkhaqqı üzrə nəzarətçi vəzifələrini tutub. 2026-cı ilin noyabrından etibarən isə bankda İnsan resursları üzrə əməkhaqqı və büdcələşdirmə departamentinin direktor müavini kimi fəaliyyət göstərir.

O, bundan əvvəl 2019-cu ilin iyunundan 2020-ci ilin noyabrınadək “FINCA Azerbaijan”da Əməkhaqqı və bank əməliyyatları üzrə nəzarətçi, 2018-ci ilin yanvarından 2019-cu ilin mayınadək əməkhaqqı üzrə mühasib və maliyyə mütəxəssisi, 2017-ci ilin avqustundan dekabrınadək əməkhaqqı üzrə mühasib, 2014-cü ilin martından 2017-ci ilin avqustunadək isə əməkhaqqı inzibatçısı vəzifələrində çalışıb.

Fərid Əhmədbəyov 2012-ci ilin aprelindən 2014-cü ilin martınadək həmin şirkətdə insan resursları üzrə inzibatçı, 2009-cu ilin avqustundan 2012-ci ilin aprelinədək təlim üzrə köməkçi, 2008-ci ilin mayından 2009-cu ilin avqustunadək isə insan resursları üzrə təcrübəçi kimi fəaliyyət göstərib.

Skat.az - Ev və Avtomobil elanları