2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən Maliyyə Nazirliyinin saxlanılmasına 35,5 milyon manat vəsait ayrılacaq.
Yurd.Media xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Bu, 2026-cı illə müqayisədə 22,35 % çoxdur.
Sənədə əsasən, həmin vəsaitin 27,8 milyon manatı əməyin ödənişinə, 6 milyon manatı malların (iş və xidmətlərin) satın alınmasına, 0,1 milyon manatı sosial ödənişlərə, 1,6 milyon manatı isə qeyri-maliyyə aktivlərinə yönəldiləcək.