SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Xalq Kapitalın birja dövriyyəsi 76%-dən çox azalıb

“Xalq Kapital"ın birja dövriyyəsi 76%-dən çox azalıb

  • 12 noyabr 2026, 15:28

Bu ilin yanvar-oktyabr aylarında “Xalq Kapital İnvestisiya Şirkəti” QSC “Bakı Fond Birjası” QSC-də 467,4 milyon manatlıq əməliyyat aparıb.

Bu barədə Yurd.Media-ya Birjadan bildirilib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 76,4% azdır. Həmin dövrdə investisiya şirkətinin birja dövriyyəsi 1 982,15 milyon manat təşkil edib.

Qeyd edək ki, “Xalq Kapital İnvestisiya Şirkəti” 2017-ci ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 420 min manatdır və kapitalının 100%-i “Xalq Bank” ASC-yə məxsusdur. Şirkətin icraçı direktoru Nigar Xubanova-Mahmudzadədir. 

Skat.az - Ev və Avtomobil elanları