Ləğv olunmuş “Gilan Holdinq” MMC-nin iki keçmiş strukturu “Gilan Ənd Knauf” və “Gilan Ağcakənd Gips” MMC-lər birləşdiklərini elan edib.
Yurd.Media xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verilib.
Elana əsasən, 1-ci 2-cinin ona qoşulması yolu ilə yenidən təşkil olunur.
Kreditorlar Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva, ev 38, mənzil 24 ünvanına müraciət edə bilərlər.