SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Bakıda 30-a yaxın yaşayış binası söküləcək - VİDEO

Bakıda 30-a yaxın yaşayış binası söküləcək - VİDEO

  • 18 oktyabr 2026, 13:13
Bakı

Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur.

Yurd.Media xəbər verir ki, bu barədə Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc "Xəzər Xəbər"ə açıqlayıb.

Onun sözlərinə görə, söküntü işləri əsasən Səməd Vurğun, Bülbül, Şamil Əzizbəyov, Mirzə İbrahimov, Cəlil Məmmədquluzadə və Sabit Rəhman küçələrini əhatə edəcək.

Sədr əlavə edib ki, kompensasiyanın məbləği ərazinin yerləşməsindən, daşınmaz əmlakın dəyərindən və layihənin şərtlərindən asılı olacaq.

Bununla belə, konkret rəqəmlər bəzi ünvanlar üzrə qiymətləndirmə işləri aparıldıqdan sonra müəyyənləşdiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Bakıda 30-a yaxın yaşayış binası söküləcək - VİDEO
Skat.az - Ev və Avtomobil elanları