Paytaxtın mərkəzi hissəsində villa qiymətini birdən birə 3 milyon manat saldılar.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Bakıda uzun illərdir satışa çıxarılmış dəbdəbəli malikanənin qiyməti daha 3 milyon manat endirilib.
Belə ki, paytaxtın Nəsimi rayonu, Tbilisi prospektinin yaxınlığında yerləşən villanın satış qiyməti bu dəfə 12 milyon manata düşüb.
Məlumata görə, 1.500 m² tikili və 35 sot torpaq sahəsinə malik mülk 2014-cü ildən satışa çıxarılsa da, alıcısı tapılmayıb. Nadir memarlıq üslubuna malik 10 otaqdan ibarət premium malikanə daha əvvəllər müxtəlif dövrlərdə 17, 16 və 15 milyon manata təklif olunub.
Mətbuatda villanın 2002-2006-cı illər ərzində 12 ballıq zəlzələyə davamlı olaraq inşa edildiyi barədə məlumat dərc olunub.