Dövlət Neft Şirkətinin (SOCAR) səhmlərinin 51%-nə nəzarət etdiyi “Azər-Türk Bank” ASC-nin rəhbərliyində dəyişiklik olacaq.
Yurd.Media xəbər verir ki, bank bununla bağlı Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində elan verib.
Elanda deyilir ki, söhbət “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsindən gedir. Bu məsələ Bankın səhmdarlarının avqustun 25-də, saat 12:00-da keçiriləcək növbəti ümumi yığıncağında müzakirə ediləcək. Yığıncaq kredit təşkilatının baş ofisində - Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85 ünvanında olacaq.