SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Paytaxtın Nəsimi, Yasamal və Nizami rayonlarında bu yollar bağlanır - SİYAHI

Paytaxtın Nəsimi, Yasamal və Nizami rayonlarında bu yollar bağlanır - SİYAHI

  • 16 iyul 2026, 13:43
Bakı

Paytaxtın Nəsimi, Yasamal və Nizami rayonlarının bir sıra yolları bağlanır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Yurd.Media-ya bildirilib ki, Bakıda yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə bir neçə küçədə təmir işlərinə başlanılır.

Məlumata görə, təmir işlərinin gedişatına uyğun olaraq, aşağıdakı tarixlərdə adıçəkilən küçələrdə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq:

16 iyul tarixindən etibarən:

- Nəsimi rayonunun Ağadadaş Qurbanov küçəsi,

- Yasamal rayonunun Şeyx Məhəmməd Xiyabani küçəsi,

- Nizami rayonunun Əliağa Kürçaylı küçəsi.

17 iyul tarixindən etibarən:

- Nizami rayonunun Cəmşid Naxçıvanski küçəsi (8-ci mikrorayon bazarının sağ və sol tərəfləri),

- Yasamal rayonunun Ayna Sultanova küçəsi.

AAYDA sürücülərə aparılan işlərə anlayışla yanaşmağı, səfərlərini əvvəlcədən planlaşdırmağı və hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları