Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gedib.
Yurd.Media xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetnam Sosialist Respublikasının ədliyyə naziri Hoanq Than Tunq və digər rəsmi şəxslər qarşıladılar.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnamın paytaxtı Hanoy şəhərində "İnqilab şəhidləri" abidəsini ziyarət edib.
Abidənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin məqbərəsini ziyarət edib.
Məqbərənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev Ho Şi Minin xatirəsinə ehtiramını bildirib, məqbərənin önünə əklil qoyub.

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 20-də Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb.
