SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Azərbaycanlı Dubaydakı məşhur şirkətdə yüksək vəzifə aldı

Azərbaycanlı Dubaydakı məşhur şirkətdə yüksək vəzifə aldı

  • 02 noyabr 2026, 17:54

Kamran Abdullayev “EY” beynəlxalq audit və konsaltinq şirkətində audit direktoru vəzifəsinə yüksəlib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, o, oktyabr ayından etibarən şirkətin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki ofisində fəaliyyət göstərir.

Kamran Abdullayev yeni vəzifəsindən əvvəl “EY”də maliyyə və audit meneceri, eləcə də audit meneceri vəzifələrində çalışıb.

O, 2015-ci ilin oktyabrından 2018-ci ilin oktyabrınadək şirkətdə baş auditor, 2012-ci ilin oktyabrından 2015-ci ilin sentyabrınadək isə audit üzrə mütəxəssis vəzifəsində işləyib.

Kamran Abdullayev karyerasının əvvəlində, 2010-cu ilin aprelindən avqustunadək “DNS Electronics” şirkətində satış meneceri olub.

Kamran AbdullayevKamran Abdullayev

Skat.az - Ev və Avtomobil elanları