SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Xankəndidə futbol bayramı - FOTO

Xankəndidə futbol bayramı - FOTO

Xankəndi

I Liqa təmsilçisi "Xankəndi" öz doğma meydanında futbol qarşılaşmasına çıxdı. 

Yurd.Media-nın Xankəndiyə ezam olunmuş müxbiri xəbər verir ki, şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun - "Xankəndi" - "Karvan-Yevlax" matçı baş tutub.

Matçdan əvvəl topa ilk toxunuşu 44 günlük Vətən müharibəsində şəhid olmuş Fikrət Məmmədovun oğlu İbrahim edib.

O, meydana xüsusi dəvətlə gələn veteran futbolçular Samir Ələkbərov, Emin Salmanov və Münis Abdullayevin müşayiəti ilə topa ilk toxunuşu edib.

Oyunda Yevlax təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

3000-ə yaxın azarkeşin arenadan izlədiyi qarşılaşmada qolları 67-ci dəqiqədə İbrahim Əliyev və 77-ci dəqiqədə Obicon Onyeka vurublar.

Bu nəticədən sonra "Karvan-Yevlax" 16 xalla üçüncü pillədə qərarlaşıb. Meydan sahibləri 6 xalla səkkizincidir.

Xatırladaq ki, Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışı noyabrın 7-də baş tutub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

Skat.az - Ev və Avtomobil elanları