SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Azərbaycanın qadın voleybol klubu Çempionlar Liqasının QRUP MƏRHƏLƏSİNDƏ

Azərbaycanın qadın voleybol klubu Çempionlar Liqasının QRUP MƏRHƏLƏSİNDƏ

  • 10 noyabr 2026, 20:58

Qadın voleybolçulardan ibarət "Turan" klubu CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Yurd.Media xəbər verir ki, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin cavab qarşılaşmasında Bolqarıstanın "Maritsa" kollektivini qəbul edib.

Tovuz Olimpiya İdman Kompleksindəki qarşılaşma "Turan"ın qələbəsi ilə yekunlaşıb - 3:0.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyunda "Turan" səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edib.

Beləliklə, Azərbaycan təmsilçisi CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Skat.az - Ev və Avtomobil elanları