SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
İspaniya yenə dünya çempionu oldu: Bu dəfə Bakıda

İspaniya yenə dünya çempionu oldu: Bu dəfə Bakıda

  • 30 oktyabr 2026, 19:54

Böyüklərdən sonra İspaniyanın yeniyetmə futbolçuları da dünya çempionu oldular.

Yurd.Media xəbər verir ki, Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi müəyyənləşib.

A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gəlib.

Bakı Kristal Zalındakı qarşılaşmanı Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib.

Görüş İspaniya seçməsinin qələbəsi ilə yekunlaşıb - 3:0.

Bundan əlavə, günün ilk yarısında B, C, D, E və F Divizionlarının da qalibi bəlli olub.

Skat.az - Ev və Avtomobil elanları