SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
İmişlidən qələbə, Gəncədə heç-heçə

"İmişli"dən qələbə, Gəncədə heç-heçə

  • 18 oktyabr 2026, 22:16

Azərbaycan Premyer Liqasının VIII turunda iki oyun keçirilib.

Yurd.Media xəbər verir ki, əvvəlcə "İmişli" öz meydanında "Turan Tovuz"u qəbul edib.

Yevlax şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində yeganə qolu 25-ci dəqiqədə Dioqo Rollo vurub.

Bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran "İmişli" turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. "Turan Tovuz" isə 14 xalla 4-cü pillədə qalıb.

Günün və turun sonuncu matçında "Kəpəz" "Zirə"ni qəbul edib.

Gəncə stadionunda baş tutan matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı ev sahiblərindən 57-ci dəqiqədə Blessinq Olabiran açıb. Qonaqlar məğlubiyyətdən yalnız final fitinə 1 dəqiqə qalmış xilas ola biliblər - 89-cu dəqiqədə David Volkov başla dəqiq oynayıb.

"Zirə" 12 xalla altıncı sıradadır. "Kəpəz" isə 11 xalla yeddinci pillədə qərarlaşıb.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" "Araz-Naxçıvan"ı (2:1), "Sabah" - "Qəbələ"ni (4:0), məğlub edib. "Qarabağ" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 3:3.

Skat.az - Ev və Avtomobil elanları