Azərbaycan Premyer Liqasında VII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.
Yurd.Media xəbər verir ki, günün ilk matçında "Qarabağ" Yevlax şəhər stadionunda "İmişli"nin qonağı olacaq.
Qarşılaşma saat 16:00-da start götürəcək.
Ardınca isə Premyer Liqanın debütantı "Şəfa" "Turan Tovuz"la üz-üzə gələcək. "SOCAR Polymer Arena"da baş tutacaq görüş saat 18:30-da başlayacaq.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0), "Sumqayıt" "Qəbələ"ni (4:1) məğlub edib. "Neftçi" - "Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. "Zirə" - "Şamaxı" duelində isə tərəflər hərəyə bir dəfə fərqləniblər.