Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə "Neftçi" (Azərbaycan) və Litvanın "Spartak" (Vilnüs) komandalarının veteranları arasında yoldaşlıq oyunu keçirilib.
Yurd.Media xəbər verir ki, sözügedən arenada baş tutan qarşılaşma "Neftçi"nin 10:9 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, 1951-ci ildə stadionun açılışında bu iki komanda qarşılaşıb.