Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Yurd.Media xəbər verir ki, D Liqasının 2-ci qrupunda yer alan Ayxan Abbasovun komandası üçüncü oyununda Litva yığması ilə qarşılaşacaq.
8-ci km stadionunda baş tutacaq oyunu Portuqaliyadan baş hakimi Qustavo Korreya olacaq. Matç Bskı vaxtilə 17:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi daha öncə səfərdə Litva (1:1), evdə isə Lixtenşteynlə (0:0) heç-heçəyə razılaşıb. Litva yığması isə Lixtenşteyni səfərdə 2:0 hesabı ilə məğlub edib. Hazırda Litva 3 xalla qrupun lideridir, Azərbaycan isə 2 xalla ikinci pillədə qərarlaşıb.