SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
“Sumqayıt”dan ilk qələbə, Zirədə “sülh”

“Sumqayıt”dan ilk qələbə, Zirədə “sülh”

  • 10 oktyabr 2026, 21:57

Misli Premyer Liqasının VII turunda "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib.

Yurd.Media xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş 1:1 hesabı ilə bitib.

Qonaqların heyətində 53-cü dəqiqədə Abdullahi Şuaybu, meydan sahiblərində isə 68-ci dəqiqədə Ange Mutsinzi fərqlənib.

"Zirə" hazırda turnir cədvəlində 11 xalla 5-ci pillədə yer alıb. 10 xala malik "Şamaxı" isə 7-cidir.

Günün son matçında "Qəbələ" səfərdə "Sumqayıt"la qarşılaşıb. Oyun Sumqayıt təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Sumqayıt"ın qollarını Mamadu Banqre (6-cı dəqiqə), İsa Suliman (9),  (2:0), Ronaldo Vaskes (29), Blek (67), "Qəbələ"nin yeganə qolunu Şahin Şahniyarov (25) vurub. 

Xatırladaq ki, turun ötən gün baş tutan matçlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0) məğlub edib. "Neftçi" - "Sabah" matçı isə qolsuz bərabərliklə başa çatıb.

Skat.az - Ev və Avtomobil elanları