UEFA Millətlər Liqasının Litva - Azərbaycan oyunu baş tutub.
Yurd.Media "Report"un xəbər verir ki, Darius və Girenas stadionunda keçirilən oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Kiprdən olan FIFA referisi Menelaos Antoniou idarə etdiyi oyunda hesabı litvalılar açıb - 9-cu dəqiqədə Armandas Kuçis penaltini dəqiq yerinə yetirib.
14-cü dəqiqədə isə Mahir Emreli fərqlənərək hesabı bərabərləşdirib.
Xatırladaq ki, Litva seçməsi qrupdakı ilk görüşündə səfərdə Lixtenşteyni iki cavabsız qolla üstələyib.