FIFA-nın Avropa üzrə regional direktoru Elxan Məmmədov AFFA-ya təşəkkür edib.
Yurd.Media xəbər verir ki, o "Report"a müsahibəsində qeyd edib ki, FIFA Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalının təşkilatçılığını yüksək qiymətləndirir.
AFFA-nın sabiq baş katibi və keçmiş icraçı vitse-prezidenti Bakıdakı mundialı futbol bayramı adlandırıb:
"189 ölkənin bu yarışda iştirak etməsi böyük idman hadisəsidir. Artıq dünya çempionatı və festivalının başa çatmasına 1 gün qalıb. Bu günə kimi bütün matçlar yüksək səviyyədə təşkil olunub. Biz FIFA olaraq Bakıda keçirilən mundialı olduqca yüksək qiymətləndiririk. Yarış həqiqətən bütün əcnəbi qonaqların ürəyincədir. 211 ölkədən 189-nun burada iştirak etməsi futbol bayramı deməkdir".
O, AFFA-ya təşəkkür edib:
"Bu məsələdə AFFA-ya təşəkkürümüzü bildiririk ki, yarışın keçirilməsində bizə yüksək səviyyədə dəstək göstərirlər".