Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla yekun vurulacaq.
Yurd.Media xəbər verir ki, günün ilk matçında "İmişli" "Şamaxı"nı qəbul edəcək.
Qarşılaşma saat 15:00-da Yevlax şəhər stadionunda start götürəcək. "Şamaxı" hazırda 13 xalla 7-ci pillədə qərarlaşıb. 7 xala malik "İmişli" isə 9-cu yerdədir.
Günün son görüşündə isə "Sabah" "Dalğa Arena"da "Qarabağ"ı qəbul edəcək. Bu görüşə isə saat 18:00-da start veriləcək. Turnir cədvəlinin ilk pilləsində qərarlaşan "Sabah"ın 19 xalı var. 17 xala malik "Qarabağ" isə üçüncüdür.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Kəpəz" isə "Şəfa"nı (2:1) məğlub edib. "Neftçi" - "Turan Tovuz" matçı heç-heçə başa çatıb - 1:1.