SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Şəfa Kəpəzi, Neftçi Turan Tovuzu  qəbul edir

"Şəfa" "Kəpəz"i, "Neftçi" "Turan Tovuz"u qəbul edir

  • 24 oktyabr 2026, 13:09

Azərbaycan Premyer Liqasında IX turun daha iki oyunu bu gün keçiriləcək.

Yurd.Media xəbər verir ki, günün ilk matçında "Kəpəz" "Şəfa"nın qonağı olacaq.

Qarşılaşma saat 16:30-da start götürəcək. Gəncə klubu 11 xalla 7-ci, meydan sahibləri 3 xalla 11-ci pillədə qərarlaşıb.

Günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq. "Ağ-qaralar" 17 xalla 2-ci, Qərb təmsilçisi 14 xalla beşinci sıradadır.

Xatırladaq ki, ötən gün "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2) məğlub edib. Tura oktyabrın 25-də yekun vurulacaq.

Skat.az - Ev və Avtomobil elanları