SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi — şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı.

Haqqında
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə imzaladığı 28 fevral 2006-ci il tarixli sərəncamına əsasən 1993-cü ildən fəaliyyət göstərən Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin bazasında yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 8 yanvar 2020-ci il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.

Tabeliyindəki qurumlar
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi
Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi
Ərazi Tikinti-Planlaşdırma Mərkəzi
«Azərmemarlayihə» Dövlət Baş Layihə institutu (DBLİ)
Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu (AzİMETİ)
Bakı Dövlət Layihə İnstitutu
Fəaliyyət istiqamətləri
müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin edir;
ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirir;
müvafiq sahənin inkişafını təmin edir;
müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir;
şəhərsalma və milli memarlıq ənənələrinin (irsinin) qorunub saxlanılmasını və müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini təmin edir;
respublika üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərsalma kadastrının aparılmasını təmin edir;
bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin edir, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarəti həyata keçirir.
Beynəlxalq əlaqələr
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma, şəhərlərin dayanıqlı, inklüziv və təhlükəsiz inkişafı, ərazilərdən səmərəli istifadə, şəhərsalma kadastrı, memarlıq, tikintiyə icazə və digər sahələr üzrə dünya praktikasının öyrənilməsi, təcrübə və məlumat mübadilələrinin aparılması istiqamətində Türkiyə, Böyük Britaniya, İsveçrə, Koreya Respublikası, Latviya, Macarıstan, Rusiya Federasiyası və s. dövlətlərin aidiyyəti qurumları, habelə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Dünya Bankı, Avropa İttifaqı, Asiya İnkişaf Bankı və digər beynəlxalq təşkilatlar ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri qurularaq inkişaf etdirilir. Eyni zamanda, xarici ölkələrin aidiyyəti dövlət qurumları ilə birgə imzalanmış Saziş, Protokol, Memorandum və Proqramların icrasında Komitənin səlahiyyətlərinə aid edilmiş istiqamətlər üzrə aktiv fəaliyyət həyata keçirilir.

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlıq
Ötən illər ərzində Komitə ilə UN-Habitat arasında sıx əməkdaşlıq əlaqələri qurulmuş və bu təşkilat tərəfindən keçirilən bir sıra mötəbər beynəlxalq tədbirlərdə Komitə geniş tərkibli heyətlə təmsil olunub. 2022-ci ildən etibarən “UN-Habitat”la əməkdaşlıq çərçivəsində illik əsaslarla Milli Şəhərsalma Forumu təşkil edilir. Şəhərsalma və inkişaf mövzusunda təşkil edilən Forumda yerli və xarici hökumət rəsmiləri, müvafiq beynəlxalq təşkilatların nümayəndələri, sahə mütəxəssisləri və digər maraqlı tərəflər iştirak edir. 2 oktyabr 2023-cü il tarixində “Dayanıqlı şəhər iqtisadiyyatları - şəhərlər inkişafın və bərpanın hərəkətverici qüvvəsi kimi” mövzusuna həsr olunmuş “Ümumdünya Məskunlaşma Günü” tədbiri Bakı şəhərində beynəlxalq səviyyədə qeyd edilib.

Bureau Mühitə 6 kəndin layihəsi üçün 1,4 milyon manat ödəniləcək
İqtisadiyyat
25.06.2026 18:58
"Bureau Mühit"ə 6 kəndin layihəsi üçün 1,4 milyon manat ödəniləcək
Əsrdən çox yaşı olan bina qəzalı vəziyyətdə: 12 ailə təhlükə ilə ÜZ-ÜZƏ - VİDEO
Bakı
05.06.2026 09:32
Əsrdən çox yaşı olan bina qəzalı vəziyyətdə: 12 ailə təhlükə ilə ÜZ-ÜZƏ - VİDEO
Xocavənddə binaların bərpasına 400 min manat xərclənəcək
Xocavənd
01.06.2026 16:02
Xocavənddə binaların bərpasına 400 min manat xərclənəcək
Şəhərsalma anlayışları ilə bağlı lüğət nəşr olunub
Ölkə
21.05.2026 11:57
Şəhərsalma anlayışları ilə bağlı lüğət nəşr olunub
WUF13 nəticələrindən: Təmiz hava müasir şəhərsalmanın əsas prinsiplərindən biri kimi tanındı
Ölkə
20.05.2026 20:44
WUF13 nəticələrindən: Təmiz hava müasir şəhərsalmanın əsas prinsiplərindən biri kimi tanındı
WUF13 bəyanatı: Mənzil sadəcə sığınacaq deyil, ləyaqətin təməlidir
Ölkə
17.05.2026 23:28
WUF13 bəyanatı: "Mənzil sadəcə sığınacaq deyil, ləyaqətin təməlidir"
Hər il Ümumdünya Şəhərsalma Forumunda Bakı mükafatı təqdim olunacaq
Ölkə
17.05.2026 12:38
Hər il Ümumdünya Şəhərsalma Forumunda "Bakı mükafatı" təqdim olunacaq
Azərbaycan və UN-Habitat arasında İMZALANMA - FOTO
Ölkə
16.05.2026 14:16
Azərbaycan və UN-Habitat arasında İMZALANMA - FOTO
Qarabağ və Şərqi Zəngəzurda planlaşdırılmış yaşayış məntəqələrinin sayı açıqlanıb
İnfrastruktur
15.05.2026 20:18
Qarabağ və Şərqi Zəngəzurda planlaşdırılmış yaşayış məntəqələrinin sayı açıqlanıb
İlham Əliyev WUF13 keçiriləcək məkanda - FOTO
Ölkə
12.05.2026 18:46
İlham Əliyev WUF13 keçiriləcək məkanda - FOTO
Lənkəranda WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası - FOTO
Lənkəran
02.05.2026 17:12
Lənkəranda WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası - FOTO
Bölgələrdə nazirlərlə görüş günlərinin CƏDVƏLİ
Ölkə
27.04.2026 21:11
Bölgələrdə nazirlərlə görüş günlərinin CƏDVƏLİ
Bakıda növbəti tikintilər paytaxta hansı fəsadları verəcək?
Bakı
15.03.2026 20:06
Bakıda növbəti tikintilər paytaxta hansı fəsadları verəcək?
Dövlət Komitəsinin əməkdaşları Prezident tərəfindən təltif olundu
Ölkə
04.03.2026 15:44
Dövlət Komitəsinin əməkdaşları Prezident tərəfindən təltif olundu
Buzovnada qanunsuz tikili Agentlik tərəfindən belə dağıdıldı - VİDEO
Bakı
02.03.2026 16:38
Buzovnada qanunsuz tikili Agentlik tərəfindən belə dağıdıldı - VİDEO
Qida məhsulları saxlanılan soyuducu binalar üçün YENİ NORMALAR
İqtisadiyyat
24.02.2026 11:34
Qida məhsulları saxlanılan soyuducu binalar üçün YENİ NORMALAR
Ordubadda qanunsuz tikililərlə mübarizə müzakirə olunub
Ordubad
17.02.2026 21:08
Ordubadda qanunsuz tikililərlə mübarizə müzakirə olunub
Yol kənarında aparılan tikinti belə söküldü - VİDEO
Bakı
17.02.2026 15:16
Yol kənarında aparılan tikinti belə söküldü - VİDEO
Türk dünyası gəncləri Qubada beynəlxalq qış məktəbində - FOTO
Quba
16.02.2026 10:11
Türk dünyası gəncləri Qubada beynəlxalq qış məktəbində - FOTO
Bakının daha bir ərazisində evlər sökülüb park salınacaq - VİDEO
Bakı
12.02.2026 15:46
Bakının daha bir ərazisində evlər sökülüb park salınacaq - VİDEO
Füzulidə daha bir qanunsuz tikili söküldü - VİDEO
Füzuli
07.02.2026 11:58
Füzulidə daha bir qanunsuz tikili söküldü - VİDEO
Binəqədidə aşkarlanan qanunsuz tikili dağıdıldı - VİDEO
Bakı
05.02.2026 19:56
Binəqədidə aşkarlanan qanunsuz tikili dağıdıldı - VİDEO
Yusifoğlu İnşaat”ın tikdiyi binaya çıxarış verilmir, qurumlar bir-birinin üstünə atır - VİDEO
Sosial
18.01.2026 23:44
"Yusifoğlu İnşaat”ın tikdiyi binaya çıxarış verilmir, qurumlar bir-birinin üstünə atır - VİDEO
Ağdərə şəhərində 2030-cu ilə qədər 3500-dən çox insan məskunlaşacaq
Ağdərə
13.01.2026 20:01
Ağdərə şəhərində 2030-cu ilə qədər 3500-dən çox insan məskunlaşacaq
Bakıda bu mənzillərin kvadratmetri 7-10 min manat olacaq - VİDEO
Ölkə
20.12.2025 09:58
Bakıda bu mənzillərin kvadratmetri 7-10 min manat olacaq - VİDEO
Tarixi abidədə artırma işinin qarşısı alındı
Bakı
19.12.2025 23:06
Tarixi abidədə artırma işinin qarşısı alındı
Şamaxının baş planı 780 min manatdan baha başa gələcək
Şamaxı
19.12.2025 10:42
Şamaxının baş planı 780 min manatdan baha başa gələcək