Bakıda 100 ildən çox yaşı olan qəzalı binada 12 ailə təhlükə və qorxu içində yaşayır.
Yurd.Media xəbər verir ki, Bakının Sabunçu rayonu, Ramana qəsəbəsi, 12-ci Mədən, 43 ünvanında yerləşən ikimərtəbəli binanın sakinləri köçürüləcəkləri günü gözləyirlər.
Qəzalı binada yaşayan 9 ailə köçürülsə də, digər sakinlər hələ də gözləmək məcburiyyətində qalıblar.
Sakinlər bildirirlər ki, kompensasiya məbləğinin az olduğunu düşünsələr də, təklif olunan məbləğlə razılaşıblar. Lakin naməlum səbəblərdən köçürülmə prosesi və ödənişlər tam şəkildə icra edilmir.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Xəzər Xəbər"ə bildirilib ki, sözügedən ünvanda yerləşən binanın sakinlərinin köçürülməsi ilə bağlı kompensasiya ödənişləri mərhələli qaydada həyata keçirilir. Prosesin ilkin mərhələsində sakinlərin bir qisminə ödənişlər edilib. Yaxın zamanda digər sakinlərə də kompensasiya vəsaitlərinin ödənilməsi nəzərdə tutulur.