SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

  • 07 oktyabr 2026, 09:02

“SOCAR Petroleum” QSC-də yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əfqan Noçuyev QSC-nin İnsan resursları departamentinin Əmək münasibətlərinin idarəedilməsi şöbəsinin müdiri təyin edilib.

O, yeni təyinatadək Təhlükəsizlik departamentində baş mütəxəssis vəzifəsində çalışıb. 2023-cü ildən QSC-də işə başlayan Noçuyev əvvəllər Daxili nəzarət və monitorinq şöbəsinin böyük inspektoru vəzifəsində işləyib.

O, 2015-2023-cü illərdə İqtisadiyyat Nazirliyində, 2012-2015-ci illərdə isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində çalışıb.

Qeyd edək ki, Ə.Noçuyev Vətən Müharibəsi Qəhrəmanı, şəhid Surxay Noçuyevin qardaşıdır.

Məlumat üçün bildirək ki, “SOCAR Petroleum” QSC 2008-ci ildə təsis edilib və Azərbaycan ərazisində “SOCAR” brendi altında neft və qaz məhsullarının alqı-satqısını, eləcə də beynəlxalq standartlara uyğun keyfiyyətli təchizat xidmətini həyata keçirir.

Skat.az - Ev və Avtomobil elanları