“Nəqliyyat və İnşaat Mühəndisliyi” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb.
Buna görə də MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə “Nəqliyyat və İnşaat Mühəndisliyi” MMC 1500 manat cərimə olunub.
Nəqliyyat infrastrukturu və tikinti layihələri sahəsində mühəndislik xidmətləri göstərən şirkət 2022-ci ildən işləyir, rəhbəri Əli Əlibəylidir.