SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Quba, Siyəzən, Qax, Şəki və Hacıqabulda 826 min manata EVLƏR TİKİLƏCƏK

Quba, Siyəzən, Qax, Şəki və Hacıqabulda 826 min manata EVLƏR TİKİLƏCƏK

  • 07 oktyabr 2026, 19:14

Quba, Siyəzən, Qax, Şəki və Hacıqabulda fərdi evlərlə bağlı tikinti və təmir işlərinin başlanmasına hazırlıq görülür.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti bir sıra bölgələrdə təmir və tikinti işlərinə başlayır.

Belə ki, Quba rayonu, Afurca kəndində 1 ədəd, Siyəzən rayonu, Sədan kəndində 1 ədəd fərdi yaşayış evinin, Qax rayonunda 1 ədəd fərdi yaşayış evinin tikintisi və Şəki şəhərində 1 ədəd fərdi yaşayış evinin təmiri və istinad divarının tikintisi, Hacıqabul rayonu ərazisində isə 7 ədəd fərdi yaşayış evinin tikintisi nəzərdə tutulub.

Məlumata əsasən, qurum təmir və tikinti işlərini ilə əlaqədar “Azsur Group” şirkəti ilə 361 min, “Baku Building” şirkəti ilə isə 464 min 920 manatlıq müqavilə bağlayıb.

Sözügedən təmir və tikinti işlərinə ümumilikdə 826 min manat vəsait sərf olunacaq.

Skat.az - Ev və Avtomobil elanları